Haqqımızda

emlaksatisi.az – daşınmaz əmlak bazarının bütün iştirakçıları üçün nəzərdə tutulmuş onlayn platformadır.

Platforma əsasən agentliklər üçün əmlak kataloqu funksiyası daşıyır. Burada elanlar silinmir və limitlə məhdudlaşdırılmır, əvəzində elanların aktivliyi son yenilənmə tarixinə əsasən izlənilir.

İstifadəçilər daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə bağlı elanlara rahatlıqla baxa, geniş bazadan faydalana və ehtiyaclarına uyğun seçim edə bilirlər.

Platformada elanların idarə olunması yenilənmə əsaslı sistemlə tənzimlənir. Əgər elan 45 gün ərzində yenilənmirsə, üzərində “Bu elan 45 gündür ki yenilənmir” xəbərdarlığı göstərilir. 90 gün ərzində yenilənmə olmadıqda isə elan “aktiv deyil” statusu alır.

İstifadəçilər elanlardakı telefon nömrəsinə klik etdikdə birbaşa WhatsApp söhbətinə yönləndirilir və oradan həm yazışma, həm də zəng imkanı əldə edirlər. Eyni zamanda elanların WhatsApp və Facebook üzərindən paylaşılması mümkündür.

Əmlak agentlikləri, tikinti şirkətləri və fərdi şəxslər öz təkliflərini potensial müştərilərə daha qısa zamanda çatdırmaq imkanı qazanırlar.

Mülkiyyətçi Hesabı: Ödənişsiz, 1 elan.

Agent Hesabı: Ödənişsiz, limitsiz elan.

Qeydiyyatdan Keç

Bizimlə əlaqə
Saytın inkişafı və təkmilləşdirilməsi ilə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi məmnuniyyətlə qarşılayırıq.

📧 info@emlaksatisi.az
📞 +994 50 796 19 87
Əmlak Maklerlər Giriş Menyu