"Bağça Şəhər" yaşayış kompleksində, 11 mərtəbəli binanın 6-cı mərtəbəsində, 78 kv.m, 2 otaqlı mənzilimi satıram. Kombi sistemi, isti pol var. Mənzil şəxsi yaşayış üçün dizaynla və keyfiyyətlə təmir olunub. Qaz, su, işıq daimidir. Mənzili demək olar ki, bütün əşyaları ilə birlikdə təhvil verəcəyəm. Kompleksdə "BRAVO" market, "McDonalds", uşaq bağçası və yaxın zamanda təhvil veriləcək məktəb var. Həmçinin, avtobus dayanacaqları, piyada keçidi və Sumqayıt, Nasosnu, Ceyranbatan, Bakı istiqamətində marşrut xətləri mövcuddur. Qiymət barəsində real alıcı ilə razılaşmaq olar. 130000 AZN.