Quba rayonu, Amsar kəndində yerləşən 6 sot torpaq sahəsi satışa təqdim olunur. Ərazi rayon mərkəzindən təxminən 10 dəqiqəlik məsafədə yerləşir.
Torpaq tikinti təyinatlıdır və şəxsi mülkiyyətdir. Sahə hasara alınıb, daxilində yarım tikili mövcuddur. Həm yaşayış evi, həm də istirahət məqsədli obyekt üçün əlverişlidir.
Ərazi turistik baxımdan cəlbedicidir – yaxınlıqda məşhur istirahət mərkəzləri və otellər yerləşir.
Bütün kommunal xətlər (qaz, su, işıq və s.) qapının önündən keçir. Memarlıq layihə sənədi mövcuddur.
Bağda bar verən meyvə ağacları var (gilas, alma, armud, alça, vişnə).
Sənədlər qaydasındadır – çıxarış (kupça) var.
Mülkiyyətçi: Sənan
Əlaqə: (055) 741-72-46
Real alıcı ilə qiymətdə razılaşma mümkündür.