Neftçilər metro stansiyası yaxınlığında 30 m² qaraj satışdadır. Faktiki ümumi sahə 42 m² təşkil edir.
Qaraj 8-ci kilometr qəsəbəsi ərazisində, Qara Qarayev küçəsi 85 ünvanında yerləşir. İki avtomobilin yan-yana sərbəst yerləşməsi mümkündür.
Obyekt 2002-ci ildə şəxsi istifadə üçün tikilib. 6×6 ölçüdədir, üstü paneldir və əlavə 12 m² zirzəmisi mövcuddur. Əlverişli və işlək yolun üzərində yerləşdiyi üçün həm şəxsi istifadə, həm də yatırım üçün uyğun variant hesab olunur.