Sea Breeze ərazisində BRABUS ISLAND Baku adlı yeni premium yaşayış layihəsi planlaşdırılır. Layihə BRABUS dizayn fəlsəfəsini sahilyanı memarlıqla birləşdirərək fərqli konsepsiyada rezidensiyalar təqdim etməyi nəzərdə tutur.
Kompleks Sea Breeze Resort daxilində yerləşəcək və avtomobil dizaynından ilhamlanan müasir yaşayış formaları ilə seçiləcək. Layihənin məqsədi Xəzər sahilində yüksək səviyyəli, konseptual və lüks yaşayış mühiti yaratmaqdır.