Şah İsmayıl Xətai metrosu yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində, “Megafun” kompleksi ilə bitişik binada yerləşən 3 otaqlı, 120 m² sahəyə malik ofis satılır. Mənzil tam müasir üslubda təmir olunub və ofis kimi istifadəyə uyğun şəkildə dizayn edilib.
17 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən obyektin daxilində geniş konfrans zalı, resepsion sahə, əməkdaşlar üçün iş zonası, ayrıca müdir otağı, mətbəx və sanitar qovşaq mövcuddur. Açıq balkona iki çıxış var (konfrans zalı və müdir otağından).
Tavan hündürlüyü 3.2 metrdir. İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir. Binada 2 lift, domofon sistemi və mühafizə olunan həyət mövcuddur.
Ofis bütün mebel və avadanlıqlarla birlikdə təklif olunur. Sənədlər qaydasındadır (çıxarış var).
Agentlik: VİP House Ağ Şəhər