Nəsimi rayonu, Cavadxan küçəsində, Memar Əcəmi və Nəsimi metrolarına yaxın, Zərifə Əliyeva parkının yanında 3 otaqlı köhnə tikili mənzil satışdadır. Ümumi sahə 62 m²-dir, Leninqrad layihəli 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Çıxarış var, ipotekaya yararlıdır və təmirlidir.
Mənzil 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib və əşyalı satılır. Lift, qaz, su və işıq daimidir. İstilik sistemi mövcuddur.
Bina avtobus dayanacağına, marketlərə, məktəbə, bağçaya, aptekə və digər iaşə obyektlərinə yaxın əlverişli ərazidə yerləşir. Həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.
Real alıcıya endirim olunacaq. Xidmət haqqı 1%-dir.