Elmlər Akademiyası metrosu yaxınlığında, Yasamal rayonu, Əhməd Cəmil küçəsində, 53 nömrəli məktəbin düz yanında yerləşən köhnə tikili binada 3 otaqlı, 100 m² sahəyə malik mənzil satışa təqdim olunur. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir.
Mənzil geniş, işıqlı və yelçəkəndir. Otaqlar rahat planlaşdırılıb və əlavə olaraq uşaq otağı da mövcuddur. Təmirli və səliqəli vəziyyətdədir, yaşayış üçün hazırdır.
Binada yeni və sürətli lift quraşdırılıb, blok təmiz və baxımlıdır. Dam örtüyü tam qaydasındadır.
Yerləşmə baxımından çox əlverişli ərazidədir – məktəb, bağça, market, aptek, park və digər zəruri obyektlər yaxınlıqdadır. İctimai nəqliyyat əlçatandır və metroya qısa məsafədə yerləşir.
Sənədlər qaydasındadır – çıxarış (kupça) var.
Agentlik: Garant Əmlak 2
Ofis haqqı: 1%