Xalqlar Dostluğu metrosu yaxınlığında, Nizami rayonu, İsmayıl Məmmədov küçəsində (Laçın Ticarət Mərkəzinin arxası) yerləşən köhnə tikili, Leninqrad layihəli binada 3 otaqlı, 65 m² sahəyə malik mənzil satışa təqdim olunur. Mənzil 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir.
Mənzil qanuni 3 otaqlıdır, iki tərəfə baxışı var və yelçəkən (skvaznoy) planlaşdırmaya malikdir. Hər 3 otaqdan balkona çıxış mövcuddur. Orta təmirlidir, plastik pəncərələr quraşdırılıb və hər otaqda kondisioner var.
Kommunal xidmətlər (qaz, su, işıq) daimidir. Əlavə su çəni mövcuddur. Sanitar qovşaq ayrıdır. Telefon və internet xətti çəkilib.
Binanın geniş həyəti, avtomobil üçün parkinq sahəsi və uşaqlar üçün oyun zonası mövcuddur. Ətrafda məktəb, uşaq bağçası və digər zəruri infrastruktur yerləşir.
Sənədlər qaydasındadır – çıxarış (kupça) var. Mənzil bəzi əşyalarla birlikdə satılır.
Agentlik: Bakı Əmlak Qarayev
Xidmət haqqı: 1%