Nəsimi rayonunda, Azadlıq prospektində, Tibb Universiteti və Neftçi Baza yaxınlığında yerləşən “Bağçalı Evlər” premium yaşayış kompleksində 3 otaqlı yeni tikili mənzil təcili olaraq satılır. Mənzil 17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir, ümumi sahəsi 74 m²-dir və 2 otaqdan 3 otağa düzəldilib. Tam təmirli və əşyalıdır. Qaz, su və işıq daimidir. Sənədi çıxarışdır (kupça) və ipotekaya yararlıdır. Kompleks 24/7 mühafizə, qapalı həyət, yeraltı parkinq, futbol və uşaq oyun meydançası ilə təmin olunub. Qiymət 243 000 manatdır və dəyərindən aşağıdır. Əlavə məlumat üçün əlaqə: Anar Abaszadə, +994 70 814 02 07.