Mənzil şəxsidir, tam təmirli. 17/3 mərtəbə, AyBir MTK-da yerləşir. Sahəsi genişdir, uzun koridoru var, zalı 36 m²-dir, 2 sanitar qovşağı var. Binada m²-i 2300-2600 AZN arasında dəyişir. Ünvanı: Təbriz küçəsi 35, Heydər Əliyev Mərkəzinin yaxınlığındadır. Ərazi cəhətdən ideal yerdədir - 28 May, Gənclik və Nərimanov rayonlarının tam ortasında. Yaxınlıqda məktəb, bağça və Ankara liseyi var. Avtoqarajı mövcuddur. Binada 3 lift fəaliyyət göstərir və qarajdan liftə qalxmaq mümkündür. Mənzil əşyaları ilə birlikdə satılır.