Satılır 3 otaqlı yeni tikili mənzil, 136 m², Xətai m. Qiymət: 373 000 ₼. Təcili satılır. Xətai metrosunun çıxışında, tam yaşayışlı binada yerləşən, 16 mərtəbəli binanın 15-ci mərtəbəsində olan 136 kv.m ümumi sahəyə malik 3 otaqlı, super təmirli mənzil satışdadır. Təmir sonrası yaşayış olmayıb. Mənzil orta blokdadır, yelçəkəndir və 2 balkonu mövcuddur. Qaz, su, işıq fasiləsizdir, istilik sistemi kombidir. Otaqlar genişdir, bütün otaqlarda pərdə və lüstr quraşdırılıb, səs akustik sistemi mövcuddur. 2 sanitar qovşağı var. Mətbəx mebeli, dəhliz mebeli, TV stend, yataq otaqlarında qarderob mebelləri yığılıb. Sənəd çıxarışdır. Ofis haqqı 1% təşkil edir.