Ofis günlük və ya saatlıq icarəyə verilir. Nəsimi rayonu, Həsən Əliyev küçəsində, Dövlət İmtahan Mərkəzinin yanında yerləşən səliqəli və təmiz biznes plazada olan ofisimiz saatlıq icarə üçün təklif olunur. Yaxınlıqda Tibb Universiteti, Olimpikstar, 1 saylı ASAN xidmət, Ege və Avrasiya Hospitalı, Dövlət İmtahan Mərkəzi və digər mühüm obyektlər mövcuddur. Ofis ayrıca və sərbəstdir, hər hansı kurs və ya ofis daxilində otaq deyil. Əlverişli lokasiyaya malikdir, tam əşyalıdır, təmizdir, plazaya kodla giriş, reception xidməti, Wi-Fi, çay və təmiz su ilə təmin olunub. İcarə haqqı 1 saat üçün 15 AZN təşkil edir. Psixoloqlar, müəllimlər və digər şəxsi biznes fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edə bilərlər.