Binəqədi rayonu, 7-ci mikrorayonda, Dərnəgül metrosunun tam çıxışında yerləşən West Town Yaşayış Kompleksində 2 otaqlı yeni tikili mənzil satışdadır. Ümumi sahə 62 m²-dir, 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Çıxarış var.
Mənzil 2 otaqlı studiodur. İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir.
Kompleks Cəfər Xandan küçəsində yerləşir. Yeraltı və yerüstü parkinq, 7/24 canlı mühafizə və kamera sistemi, həmçinin uşaqlar üçün oyun meydançası mövcuddur.
Mənzil hazır 4% kirayə mexanizmi ilə satılır. İlkin ödəniş 46.000 AZN, aylıq ödəniş 1.065 AZN, qalıq müddəti 23 il 11 aydır. Mənzil yenidir. Ötürmə 1 il sonra olacaq. Rəsmi maaş və ya VÖEN tələb olunur.
Ofisin xidmət haqqı 2.000 AZN-dir.
Humay vasitəçi.