Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Biləcəri kruqu və Avtovağzalın yaxınlığında yerləşən yaşayışlı yeni tikili binada 2 otaqlı (studio) mənzil satılır. Mənzil 7/15-ci mərtəbədə yerləşir, ümumi sahəsi 72 m²-dir. Tam təmirlidir, otaqları geniş və işıqlıdır. Mətbəx quraşdırılmış mebel ilə təmin olunub, sanitar qovşağı duş-kabinalıdır, eyvanı var və komfortlu yaşayış üçün hər cür şərait mövcuddur.
Çıxarış dərhal alıcının adına çıxarılacaq. Binada 7/24 sürətli liftlər, mühafizə xidməti və parking mövcuddur. Ətrafında avtobus dayanacağı, supermarket, mağaza, aptek, bank və park kimi infrastrukturlar yerləşir. Ünvan: Həmdəm Ağayev küçəsi. Xidmət haqqı 1% təşkil edir.