İcarəyə verilir 2 otaqlı yeni tikili mənzil, 51 m². Mənzil Nəsimi rayonu, S.Əsgərova küçəsində, 28 May metrosunun yanında yerləşən elit “28 Park Residence” yaşayış kompleksindədir. 16 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Mənzil əla təmirlidir, otaqlar ayrıdır. 1 açıq eyvanı var, sanitar qovşaq bir yerdədir. Döşəmə parketdir. Yeni qonaq və yataq dəsti mövcuddur. KATV və yüksək sürətli internet (Wi-Fi) var. İstilik sistemi kombidir. Mənzildə plazma televizor, quraşdırılmış mətbəx mebeli və texnikası mövcuddur. Binanın mühafizə olunan həyəti, 3 sürətli lifti, yerüstü və yeraltı avtodayanacağı, uşaqlar üçün oyun meydançası var.